Xəbər lenti

Hüseyn Dəryaya narkotik satan şəxsə cinayət işi açıldı
Ölkə10:08 06.06.2014

Hüseyn Dəryaya narkotik satan şəxsə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayonunun hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhər sakini Hikmət Şahverdiyevə cinayət işi açılıb.

Qafqazinfo-nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

H.Şahverdiyev 2008-ci ildə məşhur reper Hüseyn Dəryaya narkotik satdığına görə reperlə birgə həbs edilib. Həmin vaxt H.Şahverdiyev Hüseyn Dəryaya narkotik maddə olan heroin satmaqda günahlandırılıb və 1 il müddətinə azadlıdan məhrum edilib. O, cəzasını çəkərək 2009-cu ildə azadlığa çıxıb.

Bu dəfə günahı subuta yetrilərsə, H.Şahverdiyevi 3 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, məşhur reper martın 15-də 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Qaynar.info