Xəbər lenti

Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi
Ölkə07:50 22.04.2021

Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri Hüseynbala Mirələmov bu gün universitetdəki vəzifəsindən azad olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib:
"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".
Qeyd edək ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsində çalışırdı.