Xəbər lenti

Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabının Sankt-Peterburqda təqdimatı keçiriləcək
Ölkə13:00 28.04.2023

Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabının Sankt-Peterburqda təqdimatı keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 10-da MDB Parlamentlərarası Assambleya Şurasının təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının  100 illik yubileyi münasibətilə yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Heydər Əliyev” kitabının təqdimatı keçiriləcək. 
Xatırladaq ki, 2005-ci və 2006-cı illərdə Moskvanın "Molodaya qvardiya” nəşriyyatında JZL seriyasında işıq üzü görən "Qeydar Aliev” kitabının 2008-ci və 2018-ci illərdə  yenidən işlənmiş və əlavələr edilmiş yeni variantları da çap edilmişdir. Kitabda Ulu Öndərin şərəfli və mənalı ömür yoluna arxiv materialları, eləcə də doğmaları, dostları və həmkarlarının xatirələri əsasında nəzər salınmışdır. 
Adıçəkilən nəşr indiyədək ingilis, rus, türk, Çin, ərəb, fars, özbək, Burma, Vyetnam, serb dilləri də daxil olmaqla dünyanın 48 dilinə tərcümə edilərək oxuculara təqdim edilmişdir.