Yəməndə vətəndaş müharibəsinin tərəflərindən olan Husi qüvvələri Səudiyyə Ərəbistanı ilə atəşkəs razılığı barədə iddianı təkzib edib.
Qaynarinfo xəbər verir ki, ötən gün ABŞ mediası bu iddia ilə çıxış etmişdi. Məlumatda Husi və Səudiyyə arasında paytaxt Sənanın da daxil olduğu dörd bölgədə atəşkəs barədə razılıq əldə edildiyi yazılmışdı. Bildirilirdi ki, Husilər Səudiyyə və ABŞ-la yaxınlıq qarşılığında İranla əməkdaşlıqdan imtina edəcək.
Səudiyyə rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.