Xəbər lenti

"Husilərin Qəzzada döyüşməsi inandırıcı deyil, amma..." - Ekspert
Dünya07:37 21.12.2023

"Husilərin Qəzzada döyüşməsi inandırıcı deyil, amma..." - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Husilərin gedib Qəzzada döyüşəcəyi inandırıcı deyil. Bunun üçün onların fiziki imkanlar yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu husilərin HƏMAS-a dəstək adı ilə ümumi səfərbərlik həyata keçirdikləri barədə məlumatı şərh edərkən deyib.
Şərhçi bildirib ki, husilərin Qırmızı dənizdə İsrailə gedən gəmiləri hədəfə alması ciddi narahatlığa səbəb olub:
"ABŞ husilərə qarşı dəniz koalisiyası yaradır. Güman ki, yaxın günlərdə koalisiya husilərə qarşı əməliyyatlar keçirəcək. Ancaq Yəmənə quru qoşunları göndəriləcəyini gözləmirəm. Çünki bu ağır və xərc aparan bir iş olar. Husilər 2015-2022-ci illərdə ərəb koalisiyası ilə savaşıb və müharibə təcrübəsi olan bir ordu yaradıblar. Amma bu ordunun Qəzzaya getməsi real deyil. Yəqin ki, ABŞ koalisiyası ilə qarışıdurma dənizdə olacaq".
Qeyd edək ki, "RİA Novosti" agentliyinə müsahibəsində "Ənsar Allah" Siyasi Bürosunun üzvü Xuzam Əsəd husilərin "Ənsar Allah" hərəkatının hökmranlıq etdiyi Yəmənin şimalında səlahiyyətli şəxslərin Qəzza zolağında döyüş əməliyyatlarına hazırlamaq üçün ümumi səfərbərlik həyata keçirdiklərini deyib:
"Səfərbərlik İsraillə silahlı münaqişədə Fələstin xalqını dəstəkləmək üçün həyata keçirilir. Husilər təlim düşərgələri açıblar. On minlərlə insan hərbi təlimlərə başlayıb”. 
Rüfət Sultan