Xəbər lenti

I ixtisas qrupunda informatika fənni üzrə yenilik
Ölkə11:40 28.12.2021

I ixtisas qrupunda informatika fənni üzrə yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
DİM-dən Qaynarinfo-ya verilən məlumata görə, mərkəz tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramını hazırlayıb.
Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.
2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.
Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış olmaq mümkündür.