Xəbər lenti

İbrahimbəyov kassasiya şikayəti verir
Ölkə10:08 02.09.2013

İbrahimbəyov kassasiya şikayəti verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov apelyasiya şikayətinin təmin olunmamasından kassasiya şikayəti verəcək.

Bu barədə “media forum”a danışan vəkil Fuad Ağayev belə deyib.

Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsi Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətinə baxıb. Şikayət təmin olunmayıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib.

Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir.

Qaynar.info