Xəbər lenti

İbrahimovanın işdən çıxarılması xəbəri yalan çıxdı
Ölkə07:47 15.07.2017

İbrahimovanın işdən çıxarılması xəbəri yalan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən bəzi mətbu orqanlarda Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Aidə İbrahimovanın tutduğu vəzifədən kənarlaşdırıldığı barədə məlumat dərc edilib.

"Azərbaycanda vəzifəli şəxs işdən qovuldu" şəklində sensasion başlıqla təqdim edilən xəbərin dəqiqləşməsini etdikdə isə bunun dezinformasiya olduğu ortaya çıxıb.

"Qaynarinfo" xəbər verir ki, "Ölkə.Az"-ın əldə etdiyi məlumata görə palatanın kadr ehtiyatları üzrə idarənin rəisi (HR) Aidə İbrahimova işdən azad edilməyib.

Qeyd edək ki, xəbərin digər yalan tərəfi isə Aidə İbrahimovanın Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü kimi təqdim edilməsidir.

Qaynarinfo.Az