
Fransanın PSJ klubunun mətbuat xidmətinin rəhbəri Jerom Tubul İsveç qəzeti "Ekspressen"ə verdiyi açıqlamada Zlatan İbrahimoviçin sağaldığını və məşqlərə başladığını bildirib.
Qaynar.info xəbər verir ki, bu açıqlama İsveçdə çox sevinclə qarşılanıb. Avropa çempionatının seçmə mərhələsində qrup favoritləri Rusiya və Avstriya ilə qarşılaşacaq İsveç millisinin baş məşqçisi Erik Hamrin bunun son günlərdə aldığı ən yaxşı xəbər olaraq dəyərləndirib.
Qeyd edək ki, isveçli hücumçu Kanadanın Monreal şəhərində baş tutan Fransa Superkubokunun PSJ - "Lion" oyununda (2:0) zədələnmişdi. Bu üzdən Zlatan İbrahimoviç Fransa çempionatının ilk 3 turunda oynaya bilməmişdi.
Qaynar.info