PSJ-nin futbolçusu Zlatan İbrahimoviç klubu ilə müqaviləni yeniləmək üçün razılığa gəlib.
Qol.Az-ın Fransanın "L’Equipe" qəzetinə istinadən verdiyi məlumata görə, isveçli hücumçu ilə müqavilənin müddətinin 2015-ci ilə qədər uzadılacağı bildirib.
32 yaşlı oyunçu yeni sözləşmə ilə ildə 15 milyon avro qazanacaq.
Yaxın günlərdə rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.
Qeyd edək ki, İbrahimoviç 2012-ci ildə " Milan"dan PSJ-ə transfer olunub.