Xəbər lenti

İçərisində 500 qaçqın olan gəmi batdı
Dünya11:42 03.10.2013

İçərisində 500 qaçqın olan gəmi batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın Lampeduza adası yaxınlığında içərisində Somali və Eritreyadan 500 qaçqının olduğu gəmi batıb.
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, indiyədək 82 nəfərin cəsədi tapılıb, 150-yə yaxın şəxsi isə xilas etmək olub.

Həlak olanlar arasında iki uşaq və bir hamilə qadın da var. Sərnişinlərdən 250 nəfər itkin düşmüş sayılır. Hazırda onların axtarışı davam edir.

Roma papası Fransisk möminləri həlak olanlar üçün dua etməyə çağırıb, gəminin batmasını “rəzalət” adlandırıb.

Qeyd edək ki, Lampeduza Tunisin 120 km-liyində yerləşir ki, bu da afrikalı miqrantların Avropaya məhz bu ada vasitəsilə mühacirət etməsinə gətirib çıxarır.

Qaynar.info