Xəbər lenti

İcra başçısı ilə bağlı şok məlumat: Ali təhsili yoxdur
Ölkə11:06 04.11.2013

İcra başçısı ilə bağlı şok məlumat: Ali təhsili yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovla bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Qaynar.info xəbər verir ki, bizimxeber.az-ın yaydığı məlumata görə, Xəzər Aslanovun icra başçısı təyin olunmasında qaranlıq məqamlar var. Saytın yazdığına görə, böyük ehtimalla icra başçısının ali təhsili yoxdur. İddia olunur ki, əgər X.Aslanovun ali təhsili varsa belə, bunu sonradan saxta yollarla hansısa özəl universitetlərin birindən alıb. Bildirilir ki, icra başçısı harada təhsil aldığını birmənalı olaraq gizli saxlayır.

Belə ki, Rayon İcra Hakimiyyətlərinin rəsmi saytlarında icra başçılarıın kimliyi, onların hansı ali təhsil ocağını bitirməsi, harada işləməsi barədə geniş məlumatlar verilir. Amma Xızı İcra Hakimiyyətinə məxsus olan www. khizi-ih.gov.az saytında Xəzər Aslanovla bağlı bir sıra məlumatlar olsa da, onun harada təhsil alması barədə heç bir bilgi verilməyib. 

İcra başçısı haqqında verilən məlumatda qeyd olunur ki, o, əvvəl fəhlə, sonra məhkəmə katibi, ”“İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, “Fədai” kooperativinin sədri, Aslan R.Q” k/m-da kommersiya direktoru, “ER-COMPANY LTD”-də mütəxəssis, Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı,“European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, "European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, Xanlar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini, Yardımlı rayon İcra Hakimiyyəti başçısı işləyib. Hazırda da Xızı rayon İcra Hakimiyyəti başçısıdır. 

Bu məlumatlardan görünür ki, Xəzər Aslanov həmişə biznes sahəsində çalışıb. Amma arada Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı da olub. 

İcra başçısı haqqında verilən məlumata diqqət edək: 

Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük sovxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 

25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 05.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir.

Hər halda bu qədər məlumatın sırasında Xəzər Aslanovun hansı ali təhsilə məxsus olduğunu bir cümlə ilə yazmaq o qədər də çətin deyil. Elə isə bu məlumat niyə yazılmayıb? Yaddanmı çıxıb, yoxsa, doğurdan da, Xəzər Aslanovun ali təhsili yoxdur?

Bu suala aydınlıq gətirmək istəsək də, Xızı rayon İcra Hakimiyyətindən bizim suallarımızı kimsə cavablandırmadı.

Xızı rayon İcra Hakimiyyəti başçısının müavin, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Əzizov Qaynar.info-ya açıqlamasında bildirdi ki, Xəzər Aslanov iki universitet bitirib: "Bu, absurd məlumatdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa görə ali təhsil birinci şərtdir. Ona görə də hesab edirik ki, məlumat doğru deyil".

A.Əzizova xatırlatmaq istəyirik ki, icra başçısı dövlət qulluqçusu deyil, siyasi xadimdir.   

Qaynar.info