
"Ucar rayonunda Şəhidlər xiyabanı satışa çıxarılıb"
Qaynar.info xəbər verir ki, bunu hazırda mühacirətdə yaşayan satirik şair Mirzə Sakit öz şəxsi "Facebook" profilində yazıb.
Mirzə sakit bildirib ki, Şəhidlər xiyabanını rayonun icra başçısı Yaşar Məmmədov satıb. Onun sözlərinə görə Yaşar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur və bundan sui-istifadə edərək uzun müddət cəhd etdikdən sonra bu ərazini mənimsəyə bilib.
O, həmçinin ölkə ictimaiyyətini və ucarlıları bu ədalətsizliyə qarşı etiraz etməyə çağırıb: "Hörmətli sosial şəbəkə iştirakçıları, bütün vicdanlı vətəndaşlar, Sizi bu vandalizim aktına qarşı birgə mübarizəyə çağırıram.
Düz 22 ildir ki, torpaq dəllaları Ucar Şəhidlər xiyabanının ərazisinə göz dikmişdilər. O rayonda yaşayan bütün insanlara üz tutub bu vandalizmə son qoymaq barədə tədbir görmələrini xahiş edirəm. Ucarlı ziyalılardan bu insanlıqdan kənar hərəkətə etraz etmələrini istəyirəm. Qələm dostlarımdan, jurnalistlərdən bu çirkin hərəkətə münasibət bildirmələrini rica edirəm".
Qaynar.info