Xəbər lenti

İcra başçısı teatr işçisini dəlixanaya saldırdı
Ölkə09:51 19.05.2015

İcra başçısı teatr işçisini dəlixanaya saldırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikanın Xalq Artisti Süleymanov Məzahir tərəfindən Moderator.az-a aşağıdakı məzmunda şikayət məktubu daxil olub və müəllif xəbərin təcili olaraq ictimailəşdirilməsini xahiş edib:

"Bu gün mənim oğlum, Sumqayıt Dövlət Dram Teatrınin işçisi  Süleymanov Anarı polis işçiləri zorla maşına otuzdurub Maştağa qəsəbəsindəki Ruhi Əsəb Xəstəxanasına aparıblar. Sumqayıt Şəhər Prokurorluğu, İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt  şəhər İdarəsi (Hərbi Komissarlıq) əlbir olaraq bu iyrənc hərəkəti ediblər. Onlar bu yolla Anarı apardığı ədalətli mübarizədən çəkindirmək istəyirlər. Artıq  onların bu qanunsuz hərəkətləri  barədə Canab Prezident İlham Əliyevə, və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya təcili teleqram göndərilib. Bu qanunsuzluğu  törədən vəzifəli şəxslər qanun çərçivəsində cavab verməli olacaqlar.

Qaynar.info