Xəbər lenti

İcra başçısına qarşı korrupsiya İTTİHAMI
Ölkə08:43 20.08.2015

İcra başçısına qarşı korrupsiya İTTİHAMI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftin qiymətinin sürətlə aşağı düşməsi nəticəsində bütün dünya ölkələrində iqtisadi problemlər yaratdığı kimi, Azərbaycanda da iqtisadi problemlər meydana çıxarmaqdadır. 
Lakin Azərbaycanda iqtisadi tənəzzülü dərinləşdirən və bəlkə də iqtisadi böhranın yaranmasına səbəb olan əsas faktorlardan biri də məmurlardır. Belə ki, məhz məmurların qanunsuz əməlləri nəticəsində hər il dövlət büdcəsindən milyardlarla manat vəsait oğurlanır. Və təbii ki, bu yolla hər il külli miqdarda büdcə vəsaitləri ayrı-ayrı şəxslərin cibinə axır. Xüsusilə büdcənin talanmasında rayon icra hakimiyyətlərinin başçıları daha aktiv iştiak edirlər. 
Azfakt.com saytı Zərdab rayonundakı verən böyük faktı barədə məlumat əldə edib. Xatırladaq ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə miqyasında ən çox qalmaqallara imza atmış icra başçılarından biri kimi tanınır. Buna baxmayaraq Zərdabın icra başçısı daha çox ictimai saymamazlığı ilə fərqlənən məmurlardandır. Lütvəli Babayev həm də icra başçıları arasında kifayət qədər varlı bir məmur kimi də tanınır. 
Zərdabdan verilən məlumata görə, Lütvəli Babayev 32 saylı Yol İstismar İdarəsinin müdiri Cahangir Mahmudovla əlbir olaraq hər il dövlətin yüz min manatlarla vəsaitlərini mənimsəyir. Məlumat verən mənbə bildirir ki, icra başçısı hər il dövlət büdcəsindən Zərdab şəhərindəki küçələrin təmiri üçün ayrılan vəsiatləri məhz 32 saylı Yol İstismar İdarəsinə köçürür. Yəni bir qayda olaraq, şəhər küçələrinin təmir olunması üçün hər il keçirilən saxta “tenderin” qalibi Cahangir Mahmudovun rəhbərlik etdiyi 32 saylı Yol İstismar idarsi elan olunur. Mənbə qeyd edir ki, Lütvəli Babayevlə 32 Saylı YİS-nin bu “əməkdaşlığı” xeyli vaxtdır davam edir. Hər il Zərdabın eyni küçələri təmir olunur və buna görə büdcədən yüzmin manatlarla vəsait silinir. 
Qeyd edək ki, təkcə 2014-cü ildə Zərdab şəhər küçələrinin təmiri üçün 611 min, 2015-ci ildə 811 min manat vəsait ayrılıb. Ayrılan vəsaitlərin xərclənməində ciddi şəkildə yeyintinin oluğunu bildirən məlumatlı şəxs iddia edir ki, Lütvəli Babayev ümumilikdə 1,4 milyon manat vəsaitin 600 min manatını mənimsəyib. Yerdə qalan vəsiatin bir hissəsi maliyyə nazirliyində, bir hissəsi yerli maliyyə idarəsində, bir hissəsi nazirlər kabinetində ilişib qalıb və küçələrin təmiri üçün ortada təxminən 500 min manat qalıb. Bu vəsaitlə isə şəhər küçələrini tez-tələsik təmir ediblər. 
Mənbə bildirir ki, əslində 500 min manatla Zərdab küçələrini təmir edib yaxşı vəziyyətə gətirmək olardı. Lakin həmin yarım milyon vəsaitdən 32 saylı Yol İstismar İdarəsinin müdiri Cahangir Mahmudov da və onun yaxın ətrafı da öz paylarını götürdüyü üçün Zərdab küçələrinin payına cəmi 300 min manat vəsait qalıb. Harda Zərdab şəhərində təmir olunmuş küçələrin asvalt qalınlığına baxmaqla demək olar ki, ayrılan 1,4 milyon manat vəsaitin cüzi hissəsi işə sərf olunub. Təmir edilən yolların bir hissəsi isə məhz “Azəryolservis” ASC-nin 32 saylı Yol İstismar idarəsin ayırdığı mal matreallaırn hesabına tikilib. Məlumatlı şəxsin iddiasına görə Lütvəli Babayev açıq şəkildə Cahagir Mahmudova deyib ki, küçələri bildiyin kimi təmir elə. Söz-söhbət, problem ortaya çıxsa, cavabddeh də idarə müdiri özü olacaq. Cahangir Mahmuov da 32 saylı Yol İstismar İdarəsinin gücü ilə Zərdab küçələrini təmir edib və bu zaman yenidən dövlət büdcəsinə əlavə xərclər nəticəsində ziyan dəyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info