Xəbər lenti

İcra başçısının adamları şikayətçini ölümcül döydü
Ölkə13:15 17.02.2013

İcra başçısının adamları şikayətçini ölümcül döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göygölün Yeni Zod kənd sakini Toğrul Ismayılovu  rayonun icra başçısı Arif Seyidovun qoçuları ölümcül hala salıb. Hadisə dünən icra başçısının Göygöl sakinlərilə görüşündə baş verib. 

Toğrul Ismayılov icra başçısına şikayət edərək bildirib ki, ona məxsus olan torpaq sahələrinə 10 ildir ki, bələdiyyə tərəfindən lazım olan sənəd verilmir. Icra başçısı bu məsələ ilə maraqlanarkən kəndin bələdiyyə sədri deyib ki, Toğrul Ismayılov müxalifətçidir, ona görə də belə danışır.

Bu zaman Toğrul Ismayılov Ilham Əliyevin son müşavirədəki çıxışını icra başçısına və bələdiyyə sədrinə xatırladıb. Lakin sözünü bitirər bitirməz icra başçısının qoçuları zala daxil olaraq Toğrul Ismayılovu döyə-döyə çölə çıxarıblar.

Göygöl sakini dərhal rayon prokurorluğuna yollanıb. Prokurorluqda onun vəziyyəti pisləşib və təcili-tibbi yardım çağırılıb və Toğrul Ismayılov rayon xəstəxanasının kordiologiya şöbəsinə yerləşdirilib.

Kordiologiya şöbəsinin müdiri Nəriman Əliyev bildirib ki, Toğrul Ismayılov miokard-infrakt keçirib. /Azadliq.info/