Xəbər lenti

İcra başçısının müavini həbs olunub? - YENİLƏNİB
Ölkə12:01 05.06.2014

İcra başçısının müavini həbs olunub? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon icra hakiminin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib. 

Avropa.info-nun əldə etdiyi məlumata görə, Şakir Alıyevə korrupsiya və rüşvət ittihamları irəli sürülüb. Həbs olunan icra başçısının keçmiş müavininin  icra başçısı Adil Vəliyevlə münasibətlərinin pis olduğu bildirilirdi. Onun  rayon ərazisində icra hakimiyyəti rəhbərliyi və ona yaxın şəxslərin tikinti aparılmasına əngəllər yaratması, tikinti icazəsi üçün rüşvət tələb etmələri haqda Prezident Adminstrasiyasına ünvanlanan çoxsaylı  şikayətlərdən sonra  vəzifəsindən azad edildiyi qeyd olunurdu.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Şakir Alıyev  mayın 29-da  işdən  azad edildikdən sonra, qısa müddətdə onun  Sabunçu rayonunda  vəzifədə  olan  bütün  qohumları işdən azad edilib.

***

Sabunçu İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, Şakir Alıyevin həbs xəbəri doğru deyil:

"Şakir Alıyevin həbs xəbəri yalandır. O, hazırda AMEA-da fəaliyyət göstərən institutlardan birinində direktor müavinidir. Həqiqətən də o, icra başçısının müavini olub, bir neçə gün əvvəl isə vəzifəsindən azad olunub".

Qaynar.info