Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıblar.
Qaynarinfo xəbər verir ki, onlar rüşvət, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi keçirib.
13.24
Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
"Report"un məlumatına görə, RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.
Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.
13.13
Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.
Saxlanılanların olduğu bildirilir.
Qeyd: Forolar "Report"a məxsusdur