Xəbər lenti

İcra nümayəndəsinə hökm oxundu
Ölkə08:10 13.06.2016

İcra nümayəndəsinə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo.az APA-ya istinadən bildirir ki, Ş.Hacıyev məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş.Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş.Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir. 

Səbail rayon Məhkəməsinin qərarı ilə Ş.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Qaynarinfo.az