Xəbər lenti

İctimai Palatada qarşıdurma olub? (AÇIQLAMA)
Siyasət10:03 11.05.2013

İctimai Palatada qarşıdurma olub? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mustafa Hacıbəyli: “Yazılanların zərrə qədər də əsası yoxdur”

Pənah Hüseyn: "Elə şey olmayıb"

Mətbuatda yayılan məlumatlara görə, İctimai Palatanın son sessiyasında qalmaqal olub. Belə ki, İP Koordinasiya Şurasının üzvü, Xalq Partiyasının sədri Pənah Hüseynin Müsavat başqanı İsa Qəmbərlə, AXCP sədri Əli Kərimlini tənqid edib. P.Hüseyn hər iki partiya sədrini satqınlıqda günahlandırıb. Deyib ki, onlar Milli Şura ətrafında toplanmaqla İctimai Palatanın məqsəd və məramına xəyanət edirlər.

Getdikcə qalmaqal daha da böyüyüb. P.Hüseynin dediklərinə qəzəblənən İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli onu təhqir edib. M.Hacıbəyli qarşı tərəfi digər müxalifət partiyaları ilə əməkdaşlıq edərək İP-i dağıtmaqda, yarı iqtidar, yarı müxalifətlə işbirliyinə getməkdə ittiham edib.

Məsələyə Mustafa Hacıbəylinin mövqeyini öyrəndik. O, Qaynar.info-ya açıqlamasında yazılanların doğru olmadığını dedi: “Son sessiyada iştirak etməmişəm. Yazılanların zərrə qədər də əsası yoxdur. Yalan məlumatlardır”.

Pənah Hüseyn də məlumatın həqiqəti əks etdirmədiyini bildirib: "Elə şey olmayıb. Axı İctimai Palatanın sessiyası mayın 18-dədir. Bu necə ola bilər?!"

İlkin

Qaynar.info