Suriyanın İdlib şəhərində partlayış meydana gəlib.
Qaynarinfo xəbər verir ki, səbəbi bilinməyən partlayış 11 mülki vətəndaşın ölümü, 27 nəfərin yaralanması ilə nəticələnib. Ərazidəki bina və avtomobillərə zərər dəyib.
Ərazidə xilasetmə tədbirləri davam etdirilir.
Gülşən