Xəbər lenti

İdmançı qəza törətdi, ölümə səbəb oldu
İdman08:45 04.11.2021

İdmançı qəza törətdi, ölümə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur Amerika futbolu oyunçusu Anri Raqqs xoşagəlməz hadisə ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, futbolçu yol verdiyi qəzada bir qadının faciəvi şəkildə ölümünə səbəb olub. 
Hadisə zamanı qadın və onun iti avtomobilin içində yanaraq ölüb. Qəzaya səbəb futbolçunun avtomobilini yüksək sürətlə idarə etməsi olub. Belə ki, Raqqs içkili halda avtomobili ilə saatda 251 km sürətlə hərəkət edirmiş. Onun qanında alkoqolun normadan iki dəfə artıq olduğu aşkarlanıb. Futbolçu qəza nəticəsində qadın və onun itinin ölümünə səbəb olub. Digər tərəfdən idmançının maşınında dolu silah da tapılıb. 
Hadisə şahidləri qəzada ölən 23 yaşlı Tina Tintorun alovlar içərisində can verdiyini və heç kimin onu xilas edə bilmədiyini deyib. 
Törətdiyi qəzaya görə futbolçunu 2 ildən 20 ilə qədər həbs cəzası, üstəlik 150 min dollar cərimə gözləyir.
Səbuhi Həsənov