Şahzadə Uilyamın həyat yoldaşı hersoginya Ketrin ilə Britaniya kraliçası II Yelizaveta ilə aralarında anlaşılmazlıq yaranıb.
Ans press-in məlumatına görə, xarici mediada dərc olunan xəbərdə bildirilir ki, gəlin və qaynana arasında münasibətlər korlanıb.
88 yaşlı kraliçanın gəlini üzərində nəzarəti və göstərişləri Keyti hövsələdən çıxarıb. O, hər zaman öz istədiklərini yeridib, digərlərinin arzuları onu maraqlandırmayıb. Bir müddət narazıçılıq yaşandıqdan sonra hersoginya kraliça ilə dalaşaraq şahzadə Uilyamla birlikdə Kensinqton sarayını tərk edib və Norfolkdakı “Anmer House” iqamətgahına yerləşib. Saraya yaxın mənbələrdən biri hersoginyanın qərarının dəyişməz olduğunu bildirib:
“Keytin bu addımı, əslində kraliçaya bir zərbədir. Vəziyyət o həddə çatıb ki, şahzadənin xanımı bir dəqiqə də sarayda qalmaq istəmir. O, özünü burada qəfəsdəki quş kimi hiss edirdi. Norfolkda isə Londondan fərqli olaraq, həm şahzadə Georginin, həm də onun özünün çoxlu dostları var”.
Qaynar.info


