Xəbər lenti

İki ailənin yaşadığı evin yarısı kül oldu
Ölkə11:06 30.12.2016

İki ailənin yaşadığı evin yarısı kül oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Hadisə bu gün saat 13 radələrində Ləkçılpaq kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Həmidov Sadıq İsmayıl oğluna məxsus, ümumi sahəsi 260 kvadratmetr olan, 4 otaqlı evdə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.
 
Mənzilin 90 kvadratmetr olan iki otağı içindəki əşyalarla birgə yanıb. Qalan hissə yanğından mühafizə olunub. 
  
İki ailənin yaşadığı evdə baş verən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.(APA)

Qaynarinfo.Az