Xəbər lenti

İki aparıcı yenidən "Lider TV"yə qayıtdı
Maqazin06:21 18.10.2017

İki aparıcı yenidən "Lider TV"yə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aparıcılar Könül Muxtarova və Zaur Nəbioğlu yenidən “Lider” telekanalında fəliyyətə başlayıblar.

"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, onlar səhər saatlarında efirə gedəcək “7 gün” verilişinə aparıcılıq edəcəklər. Proqram hər gün saat 09:15-də başlayacaq.

Qeyd edək ki, K.Muxtarova ötən televiziya mövsümü başa çatanda telekanaldan ayrıldığını bildirmişdi. Bir müddət əvvəl o “Xəzər”də aparıcılıq edirdi.

Z.Nəbioğlu isə artıq bir neçə ildir “Lider”dən çıxıb. O, bir müddət ANS və ATV-də çalışmış, daha sonra aparıcılıqdan uzaqlaşmışdı.

Qaynarinfo.Az