Xəbər lenti

İki avtomobil toqquşdu: Ölən var
Ölkə18:13 23.10.2013

İki avtomobil toqquşdu: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunda, Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda “Opel” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub. 

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Qaynar.info