Xəbər lenti

İki ayda 155 milyon manatlıq kredit faizi
Ölkə14:15 24.03.2016

İki ayda 155 milyon manatlıq kredit faizi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan əhalisi 2016-cı ilin 2 ayı ərzində kreditlər üzrə faizlərin ödənilməsinə 155 milyon manat sərf edib. Bu, hər gün banklara orta hesabla 2,6 milyon manat faiz ödənilməsi deməkdir 

“Marja” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər veri ki, 2016-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2 faiz artaraq 6 milyard 459,3 milyon manata çatmışdır.

Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi və ya təxminən 155 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 5,9 faizi isə yığıma yönəldilmışdir.

Qaynar.info