Xəbər lenti

İki ayda Azərbaycanda 27 mindən çox uşaq doğulub - AÇIQLAMA
Ölkə16:24 22.04.2015

İki ayda Azərbaycanda 27 mindən çox uşaq doğulub - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Statistika Komitəsi bu ilin ilk iki ayında dünyaya gələn körpələrlə bağlı statistikanı açıqlayıb.
Komitənin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin ilk iki ayı ərzində ölkədə 27,9 min körpə doğulub:
“Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub”.
2014-cü ildə ölkədə 170,5 min körpə doğulub. Bu illə müqayisədə ötən ildə faiz göstəriciləri eyni olub. Belə ki, doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub. 
Qaynar.info