Xəbər lenti

İki banka yeni rəhbər təyin edildi
Ekonomiks06:15 11.02.2017

İki banka yeni rəhbər təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"CDB Bank” və “Yapı Kredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, "CDB Bank"ın İdarə Heyətinin sədri Nadir Süleyman Yıldırımın müqavilə müddəti bitdiyi üçün işdən ayrılmalı olub.
Bundan sonra onun vəzifəsini müvəqqəti Zaur Əhmədov icra edəcək.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin rəhbərliyinə isə Müşahidə Şurasının üzvü Volfqanq Şhilkin əvəzinə bu vəzifəyə Patrik Josef Şmitt təyin edilib.
Qeyd edək ki, hazırda bankın Müşahidə Şurasında 5 nəfər təmsil olunur.
Qaynarinfo.Az