Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev 70 kq çəki dərəcəsində final görüşünə çıxıb.
Qaynarinfo-nun məlumatına görə, idmançımız iranlı İrfan Elahi ilə üz-üzə gəlib. Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medal qazanıb.
Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb. 65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb.
Bayramov da rəqibinə 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.