Xəbər lenti

İki ölkə dərhal Belarusla sərhədləri bağlamağa hazırlaşır: nə baş verir?
Dünya07:23 29.07.2023

İki ölkə dərhal Belarusla sərhədləri bağlamağa hazırlaşır: nə baş verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaqner” qruplaşmasının terrorçularının mümkün təxribatları riskinə görə Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.
Qaynarinfo "AzadlıqRadiosu”na istinadla xəbər verir ki, bu bəyanatla Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus çıxış edərək Belarusla sərhədin bağlanması ehtimalının olduğunu və bu mövzuda müzakirələrin real olduğunu qeyd edib. 
Abramaviçus qeyd edib ki, "Vaqner” yaraqlıları qaçqın qiyafəsində təxribatlar törədə bilər.
"Bunlar hansısa iğtişaşlar yaratmaq üçün köçürülən qaçqınlar, qeyri-qanuni miqrantlar ola bilər”, - diplomat bildirib.
Alpər