Xəbər lenti

İki qardaş bıçaqlandı, biri öldü
Ölkə05:40 18.06.2016

İki qardaş bıçaqlandı, biri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə iki qardaş bıçaqlanıb, biri dünyasını dəyişib.

Qaynarinfo.az APA-ya istinadən bildirir ki, Kür qəsəbə sakinləri arasında baş verən dava zamanı  Mahir və Zaur Abbasov qardaşları bıçaqlanıblar.

Onlardan Mahir Abbasov xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib,  1982-ci il təvəllüdlü Zaur  Abbasov isə qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən Z. Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir.

İki qardaşın Kür qəsəbə sakini Sabit Əliyev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə yerindən qaçan S. Əliyevin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.az