Xəbər lenti

İki qızı maşın vurdu
Ölkə06:54 30.05.2013

İki qızı maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. Məlumata görə, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Fəzi Cəfərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakinləri 23 yaşlı Reyhanə Əliyevanı və 13 yaşlı Türkan Mədətovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qızlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin orta-ağır olduğu bildirilir. 

Qaynar.info