Xəbər lenti

İki rayonda 23 ton narkotik tərkibli bitki AŞKARLANIB
Ölkə11:10 19.11.2013

İki rayonda 23 ton narkotik tərkibli bitki AŞKARLANIB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Xaşxaş 2013” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində Yevlax şəhəri və Ağstafa rayonu ərazisində böyük həcmdə yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb.
 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə,  Yevlax şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhər Əcəmi bələdiyyəsi ərazisində 25 527 ədəd, çəkisi 3 ton 458  kiloqram, Aran bələdiyyəsi ərazisində 10 124 ədəd, çəkisi 900 kiloqram, Qaramallı bələdiyyəsi ərazisində 26 480 ədəd, çəkisi 3 ton 452 kiloqram, Varvara bələdiyyəsi ərazisində 23 676 ədəd, çəkisi 3 ton 358 kiloqram, ümumilikdə 85 807 ədəd və 11 ton 168 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb.
 
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayonunun inzibati ərazisində isə 13 364 ədəd, cəmi çəkisi 12 ton 600  kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb. Çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Qaynar.info