Xəbər lenti

İki uşaq anasını ilan vurdu
Ölkə05:24 06.07.2013

İki uşaq anasını ilan vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün axşam saatlarında Şəkinin Baş Zəyzid kəndində ilansancma hadisəsi baş verib.

Trend xəbər verir ki, kənd sakini Sıracəddinova Günel İmran qızını ayağından ilan vurub. Hadisə zərərçəkən həyətlərində moruq dənləyərkən oğlunun gözü qarşısında baş verib. İlan sancan kimi zərərçəkən yaxınları tərəfindən Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub və xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin 4-5 gün müalicədən sonra evlərinə buraxılacağı bildirilib.

Qeyd edək ki, zərəçəkənin 2 azyaşlı uşağı var.

Qaynar.info