Xəbər lenti

İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis edildi
Ölkə06:21 15.02.2019

İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.
Bu barədə Qaynarinfo-ya Aİİ-dən məlumat verilib.  
Bildirilib ki, institutun Elmi Şurası ümummilli lider Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib.
Həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək.