"Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi".
Qaynarinfo xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlət başçısı deyib: "Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”.
Şərhlər