
Ötən həftədən Braziliyada dünya futbol çempionatı keçirilir. Bu mötəbər yarış siyasətçilərin, dövlət və hökumət başçılarının da diqqətindədir.
“Media forum” saytı Azərbaycan prezidenti İlham Əliyevin dünya çempionatını izləyib-izləmədiyini, hansısa komandaya azarkeşlik edib-etmədiyini öyrənmək üçün prezidentin mətbuat katibi Azər Qasımova üz tutub. Azər Qasımov “Prezident İlham Əliyev dünya futbol çempionatını izləyirmi, izləyirsə, hansı komandaya azarkeşlik edir” sualını çox təəccüblə qarşılayıb:
- Bu sualı nə ilə əlaqədar verirsiz ki?
- Mövzu işləyirik.
- Bilmirəm, mən belə bir informasiya haqqında heç nə deyə bilmərəm.
“Media forum” saytı Azərbaycan prezidentinin rəsmi “Twitter” səhifəsinə də eyni sualı göndərib: “Prezident İlham Əliyev dünya futbol çempionatını izləyirmi, izləyirsə, hansı komandaya azarkeşlik edir”. Təəssüf ki, bu yolla da cavab almaq mümkün olmayıb...
Qaynar.info