Xəbər lenti

İlham Əliyev iki dövlət başçısını qəbul edib
Siyasət12:15 28.04.2015

İlham Əliyev iki dövlət başçısını qəbul edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan prezidenti Rosen Plevneliyev və Makedoniya dövlət başçısı George İvanov ilə görüşüb. 

Qaynar.info AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı bolqarıstanlı Prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğuladı.

Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən İlham Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırladıb.

Makedoniya Prezidenti George İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söylədi. George İvanov birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirib.

Qaynar.info