Xəbər lenti

İlham Əliyev İrana səfərə dəvət olundu
Siyasət15:14 19.05.2022

İlham Əliyev İrana səfərə dəvət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev İrana səfərə dəvət olunub.
Azərbaycanın İrandakı Səfirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu fikir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə səsləndirilib.
Belə ki, İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.