Xəbər lenti

İlham Əliyev Nuşirəvan Məhərrəmovu MTRŞ-də saxladı - SƏRƏNCAM
Ölkə15:10 26.01.2015

İlham Əliyev Nuşirəvan Məhərrəmovu MTRŞ-də saxladı - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Nuşirəvan Umud oğlu Məhərrəmovu 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edib.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə yaradıləb. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. Şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.
Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Respublikasının prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Üzvlərdən üç nəfəri iki il, üç nəfəri dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ var. Şuranın sədri şura üzvləri tərəfindən seçilir.
Nuşirəvan Məhərrəmov 2003-cü ildən Milli Televiziya və Radio Şurasına başçılıq edir.
Qaynar.info