Xəbər lenti

İlham Əliyev onlara təqaüd verdi - SİYAHI
Ölkə17:17 14.10.2013

İlham Əliyev onlara təqaüd verdi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər:

Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdi

Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi

Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas MusiqiMəktəbinin şagirdi

Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Qaynar.info