Xəbər lenti

İlham Əliyev “prava”larla bağlı sazişi təsdiqlədi
Ölkə18:00 20.05.2016

İlham Əliyev “prava”larla bağlı sazişi təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiq edib.

Qaynarinfo.az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısı həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.

Qaynarinfo.az