
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib. Qaynar.info xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb:
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin".
İlham Əliyev başqa bir sərəncamla Hüseyn Məmməd oğlu Məmmədovu Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edib.
Qaynar.info