
Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir və artım tendensiyasına malikdir.
Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir və artım tendensiyasına malikdir.
Anspress-in verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
“Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”.
O, bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”.
Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev isə hələ may ayında Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirmişdi ki, Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafından razıdır: “Biz T90 tankları, ağır atəş sistemləri, özügedən “Msta” artilleriya qurğuları alırıq, bu günlərdə isə BTR-82 zirehli maşınmlarının alınmasına başlanacaq”.
Qaynra.info