Xəbər lenti

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi
Ölkə06:58 20.06.2016

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb. Nəticədə 13 uşaq ölüb, bir uşağın meyitinin axtarışları davam etdirilir.

Qaynarinfo.az