Xəbər lenti

İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət etdi (FOTO)
Foto 10:22 26.02.2025

İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət etdi (FOTO)

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->