Xəbər lenti

İlham Əliyev zəlzələnin dağıtdığı evləri bir-bir gəzdi (FOTOLAR)
Ölkə14:52 07.02.2019

İlham Əliyev zəlzələnin dağıtdığı evləri bir-bir gəzdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.
Qaynarinfo  xəbər verir ki, dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər. 
Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən prezident İlham Əliyevə məlumat verilib ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.