Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-dapenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayanalternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqiningenişləndirilməsi ilə bağlı sərəncam (tam mətn) imzalayıb.Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzalarınicrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetməninsəmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiyaxidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinintətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektronnəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusiləiqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması,cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativcəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqiəsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrinihazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədəAli Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinətapşırıq verilib.
Həmçinin Ədliyyə Nazirliyinə Probasiya xidmətinin təşkili ilə əlaqədartəkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilənormativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini BaşProkurorluq ilə birlikdə bir ay, məhkumların ictimai işlər növündəcəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəlişəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki aymüddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərəbaxılarkən ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsininmümkünlüyünü araşdırmaq, böyük ictimai təhlükə törətməyən və az ağırcinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarımüstəsna hallarda həbsin tətbiqinə dair cinayət-prosessualqanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda vermək tövsiyəedilib.Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsinittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həminqətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar,bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərininseçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar, cəzanınnövü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası,məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısınınalınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyinedilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinintələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.
Ali Məhkəməyə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi vəazadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmətəcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmətəcrübəsinin formalaşdırılmasını təmin etsin.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə ƏdliyyəNazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqihərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təminetmək tapşırılıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, elektron nəzarətvasitələrinin tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini ƏdliyyəNazirliyinin və Baş Prokurorluğunun təklifləri əsasında həll etsin,məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması vətəminatına dair Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayətolunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərininyerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın, ictimaiişlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növlərivə belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasınıtəsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ƏdliyyəNazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov hesab edir ki,prezidentin sərəncamı tarixi əhəmiyyətə malikdir.“Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsi iləbağlı bir sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddiqərarlar qəbul edib. Prezidentin ötən gün imzaladığı sərəncam həminsənədlərin davamıdır. Hesab edirəm ki, sərəncam cəza sistemindəhumanistləşdirmə istiqamətində atılan tarixi addımdır”.
S.Məmmədov vurğulayıb ki, prezidentin sərəncamı orada qeyd olunan sahələr üzrə çox ciddi dönüş yaradacaq:“Ədliyyə Nazirliyi ilə Avropa İttifaqının arasında layihə var və oradaprobasiya məsələləri qoyulub. Probasiya bizim üçün aktualdır. Avropadaprobasiya geniş tətbiq olunur. Bizdə də zaman-zaman probasiyaelemenetləri olub. İndi görünür, alternativ cəza növlərinin tətbiqiniayrıca koordinasiya etmək lazımdır. Ümidvaram ki, probasiya xidmətindəictimaiyyət nümayəndələri ən azı müşahidəçi qismində təmsil olunacaq.Hesab edirəm ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrin yükününazaldılması, həm dekriminallaşdırma, həm probasiya, həm də elektronnəzarət vasitələrinin tətbiqinə ehtiyac var. Bu aktual məsələdir.
Elektron nəzarət dünyanın bir sıra ölkələrində tətbiq olunur. Məsələn,elektron brosletlər sistemi var. Bu vasitə ilə şəxsi nəzarət altındasaxlamaq olur. Məqsəd odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yenicinayət əməlləri törətməsin.
Başqa bir məsələ cəzaların dekriminallaşdırılası ilə bağlıdır. Eləcəzalar var ki, onların dekriminallaşdırılmasına ehtiyac var. Sərəncamdada dekriminallaşdırma məsələsi qoyulub. Hesab edirəm ki, elə cəzalarvar ki, onlar inzibati məsuliyyətlə, yaxud pul cəriməsi ilə əvəzlənəbilərsə, bununla bağlı təkliflər hazırlanıb təqdim olunmalıdır. Bunlarınhamısı vacib məsələdir”.
Komitə üzvü bildirib ki, sərəncamda əksini tapan digər bir vacib məsələ qətimkan tədbirləri ilə bağlıdır:“Prosessual məcburiyyət tədbiri kimi bizdə xeyli qətimkan tədbiri var.BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqət cəlb etmişdi. Bizimtəşkilat da BMT-yə təqdim etdiyi alternativ hesabatda bunu bir problemkimi göstərmişdi. Eyni zamanda Ali Məhkəminin Plenumu məsələyətoxunmuşdu. Məhkəmə Hüquq Şurasının iclasları zamanı şura sədri FikrətMəmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev dəfələrlə bununla bağlımövqe ortaya qoyub. Bildirilib ki, bəzən Azərbaycanda inzibati rayonlarüzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz faiz təmin olunur.Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin seçilməsiməqsədəuyğun deyil. Çünki, insanların azadlıq hüququ pozulur. Bu AvropaKonvesiyasının beşinci maddəsinin pozulması deməkdir. Bununla bağlıAzərbaycanda bir sıra məhkəmə qərarları var ki, beşinci maddəninpozuntusu göstərilib. Ona görə də mümkün halda digər qətimkan prosessualməcburiyyət tədbirləri seçmək olar. Məsələn, başqa yerə getməmək,zaminliyə verilmək, pul girovu qoymaq və.s. Bu məsələ təbii olaraq ölkəbaşçısının diqqətini cəlb edib və sərəncama daxil edilib.
Növbəti məsələ ictimai işlərə cəlbetmədir. Azərbaycanda ictimai işlərəcəlbetmə cəza növü kimi qalsa da, formal xarakter daşıyır. Belə cəzanövü təyin olunubsa, bunun üçün müvafiq iş yerləri olmalıdır ki, şəxslərgedib orada ictimai işləri yetirsinlər. Əks halda məhkəmələr tərəfindənverilən cəzalar havadan asılı qalır.
Eyni zamanda məşğulluğun təmin olunması cəzaçəkmə müəssisələrində əməkislah prosesinin əsas tərkib hissələrindən biridir. Bu, Avropapenitensiar qaydalarında, BMT-nin minimal standart qaydalarında, bizimicra məcəlləsində göstərilib. SSRİ dövründə bu cəza islah əməkkoloniyaları sistemi idi. Burada əmək istismar olunurdu. Məcburi əməktətbiq olunurdu və hər bir məhkum işləməli idi. Bizim qanunvericilik bumünasibətdə liberaldır, yəni işləmək könüllüdür. Amma, könüllü işləməkistəyənlər üçün iş yerləri çox azdır. Cənab prezidentin sərəncamındaistehsal sahələrin bərpa edilməsi məsələsi qoyulub”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlibildirib ki, prezident İlham Əliyevin cəza siyasətininhumanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncam ölkədə həyatakeçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır.
Komitə sədri qeyd edib ki, bu, müasir dövrün tələblərinə uyğun olaraqislahatların keyfiyyətcə yeni mərhələsidir: “Sərəncam həmçininAzərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanıngöstəricisidir”.
Qaynarinfo.Az
Mənbə: Azvision.Az