Xəbər lenti

İlham Əliyevdən məhkəmə sədri ilə bağlı sərt qərar
Ölkə06:22 05.10.2013

İlham Əliyevdən məhkəmə sədri ilə bağlı sərt qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi və sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Qaynar.info xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi və sədri İlham Qubad oğlu Nuriyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.

Qaynar.info